I.M. Sechenov First Moscow State Medical University-nin Bakı filialında ingilis dilində tibb təhsili açıldı

Tibb sahəsində beynəlxalq karyera arzulayan abituriyentlər üçün sevindirici xəbər! Dünyaca tanınmış I.M. Sechenov First Moscow State Medical University-nin Bakı filialında artıq ingilis dilində tibb təhsili mümkündür.

Niyə bu yenilik önəmlidir?

Bu addım Azərbaycanlı tələbələrə ölkədən çıxmadan beynəlxalq standartlara uyğun tibbi təhsil almaq imkanı yaradır. 

Təhsil formatı necə olacaq?

Proqram Seçenov Universitetinin əsas kurikulumu əsasında qurulur. Tədris:

  • Müasir laboratoriyalar
  • Klinik baza üzərində praktik dərslər
  • Beynəlxalq standartlara uyğun proqram əsasında təşkil olunur.

Üstünlüklər

✔️ Diplomun beynəlxalq tanınması
 ✔️ Güclü akademik baza
 ✔️ Bakı şəhərində yerləşmə rahatlığı

🎓 Akademik tələblər

  • Tam orta təhsil (11 illik məktəb) attestatı
  •  Kimya fənni üzrə ingilis dilində daxili imtahan
  • Qəbul imtahan nəticəsi (DİM) -min.475 bal

🌍 Dil tələbi

  • İngilis dili biliyi (tədris tam ingiliscədir)
  • Beynəlxalq sertifikat (IELTS / TOEFL) min. 6.5 score
     

Bu yenilik Azərbaycanın ali tibbi təhsil sistemində mühüm addım hesab olunur. Artıq tələbələr həm keyfiyyətli, həm də beynəlxalq yönümlü tibbi təhsili Bakıda, ingilis dilində əldə edə biləcəklər.

Əgər sən də gələcəyini ağ xalatla görürsənsə, bu fürsət sənin üçün ola bilər.